28 mart 2014 15:48
Cihan Özkara: Məqsədimiz avrokuboklardır
Millimizin və “Sivasspor”un hücumçusu Cihan Özkara komandasının son uğursuzluqları və gələcək məqsədləri haqda danışıb. Azerisport.az Özkaranın fikirlərini diqqətinizə çatdırır:
“Əla komandamız və yaxşı baş məşqçimiz var. Ancaq son turlarda heç bəxtimiz gətirmir: heç də ən yaxşı olmayan oyunumuz ucbatında qələbə qazana bilmirik”, deyə Özkara sözə başlayıb.
Onun sözlərinə görə, “Erciyespor”la 1:1 hesablı heç-heçə hazırda yaxşı nəticədir: “Qazanılmış bir xal hər şeydən qabaq bizim üçün psixoloji planda müsbət haldır. Son oyunlarda biz xallar qazana bilməmişik və bu heç-heçə bizə kömək etdi. Biz bu ab-havanı saxlamalıyıq ki, “Qaziantepspor”a qarşı növbəti oyunda üç xal qazana bilək. Hazırda məqsədimiz yalnız qələbədir. Biz öz azarkeşlərimiz qarşısında qələbə qazanmalıyıq”.
ÖZ oyununa toxunana Özkara bildirib ki: “Erciyesporl”a oyunda mən alışmadığım mövqedə oynamalı oldum. Məşqçi məni bu mövqedə sınamaq qərarına gəldi. Mən isə öz növbəmdə özümü bacardıqca yaxşı göstərməyə və komandama kömək olmağa çalışdım”.
Özkara bildirib ki, son uğursuzluqlar komandanın mövsümə məqsədlərini - avrokuboklara vəsiqə planlarını dəyişməyib: “Qarşıdakı oyun, həmçinin, avrokuboklar zonasına düşmək uğrunda mübarizə nöqteyi-nəzərindən vacibdir. İlk dördlüyə qayıtmaq tamamilə gücümüzdədir. Biz Avropaya vəsiqə qazanmaq istəyirik”. (Terkiyə KİV-i)
Qeyd edək ki, hazırda yarış cədvəlində 6-cı pillədə qərarlaşmış “Sivasspor”un 37 xalı var və komanda dördüncü pillədə yer almış “Trabzonspor”dan bir xal geri qalır.
