28 mart 2014 15:44
Qəbələ Bakıya yola düşdü
Martın 30-u Premyer Liqanın XXVIII turu çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Qəbələ" doğma məkanda hazırlıqları tamamlayaraq paytaxta yola düşüb. Azerisport.az xəbər verir ki, komandanın Qəbələdə son məşqi bu gün səhər saatlarında baş tutub.
"Qırmızı-qaralar" qarşılaşma öncəsi son məşqinə sabah 12:00-da "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına mərkəzi stadionda çıxacaq. Komanda Bakıya üç itki ilə - zədəlilər İbrahima Niasse, Nikola Valentiç və Omar Kalabanesiz yollananıb. Digər zədəli Lorenzo Ebesilionun durumuna oyun günündə aydınlıq gələcək. Zədəsi sağalmış qapıçı Dieqo Kosta Silva isə artıq kollektivə qoşulub.
Xatırladaq ki, matç martın 30-u 18:00-da start götürəcək və İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)
