28 mart 2014 14:22
Vidadi Rzayev: Marat İzmaylovun transferi səhv addım idi
Futbolumuzun veteranı Vidadi Rzayev azerisport.az saytına müsahibəsində TPL-in 28-ci turu çərçivəsində “Neftçi” və “Xəzər Lənkəran” arasında keçiriləcək oyundan və “Qəbələ”dəki vəziyyətdən danışıb:
- Qarşıdakı “Böyük oyun”dan nə gözləyirsiniz?
- Hanıs böyük oyun?
- “Neftçi” və “Xəzər Lənkəran” arasında baş tutacaq...
- Hələ on il qabaq “Böyük oyun” deyəndə “Neftçi” və “Kəpəz” arasındakı qarşılaşma nəzərdə tutulurdu. Hər şey necə tez dəyişir. Qarşıdakı oyuna gəlincə, xüsusilik nöqteyi-nəzərindən bu oyun böyük marağ doğurmur. Lənkəranlıların yarış maraqları yoxdur. Bakılılar üçün isə bu mübarizə növbəti üç xal uğrundadır.
- Doğrudanmı “Xəzər Lənkəran” üçün rəqibin xüsusiliyi stimul deyil?
- Bu komanda Kubokdakı uğura köklənib və bütün gücünü məhz bu yarışa yönəldəcək.
- Sizə elə gəlmir ki, Premyer Liqada məşqçi istefası yetişir?
- Yox. Belə ki, mən düşünürəm ki, məşqçilərə vaxt lazımıdır və mövsümün sonuna iki ay qalmış kimi isə vəzifəsindən kənarlaşdırmaq düzgün deyil
- Bəs əgər komanda hər turda öz mövqelərini itirir və evdə qalib gələ bilmirsə?
- Pis nəticələr komandaya Marat İzmaylovun gəlişindən sonra başladı. Mən hesab edirəm ki, onun transferi səhv addım idi.
- Onun bura nə aidiyyəti?
- Düşünürəm ki, rusiyalının komandaya gəlişindən sonra komandada ab-hava korlandı. Onun oyunu ona çəkilən xərclərə müvafiq deyil və təbii ki, bu, bəzi oyunçuların ürəyincə deyil.
- Çoxları bunda məhz Syominin günahı olduğunu düşünür. Guya o, komandanın öhdəsindən gələ bilmir və taktiki səhvlər edir. Hətta bəzi futbolçular bunlardan narazıdırlar.
- Bu halda, buna rəhbərlik müdaxilə etməli və mənfi amillərin kökünü kəsməlidir. Əgər futbolçu məşqçidən narazılığını nümayişkaranə bildirirsə, belə oyunçuları komandadan uzaqlaşdırmaq lazımdır. Əgər məşqçi öz işinin öhdəsindən gələ bilmirsə, onu qovmaq lazımdır.