28 mart 2014 13:28
Bakı Simurqla oyuna hazırdır
Sabah “Bakı” Azərbaycan Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda “Simurq”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün komanda oyunöncəsi son məşqini keçirib.
11:00-da yüngül qaçışla başlayan hazırlıq yerini dartınma hərəkətlərinə buraxıb. Ardınca əyləncəli qaçdı-tutdu oynayan futbolçular məşqin çox hissəsini “kvadrat”a həsr edib. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra isə ikitərəfli oyun baş tutub. Rəmzi olaraq “göylər” və “yaşıllar”ın mübarizəsində birincilər (4:2) üstün olub.
Onu da qeyd edək ki, zədəsini sağaldan Əfran İsmayılov və Rauf Əliyev kollektiv məşqlərə qoşulub.

(Klub saytı)