Sumqayıt AZAL-a qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 28-ci tura start verilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
4-cü dövrənin açılış turu Sumqayıtda start götürüb. “Sumqayıt” AZAL-la üz-üzə gəlib. Görüşdə hesabı qonaq komanda açıb. Amma əzmkarlıq nümayiş etdirən Aqil Məmmədovun yetirmələri sonda meydanı qalib tərk ediblər. Tərlan Əhmədov isə AZAL-dakı ikinci oyununda da xalsız qalıb. Halbuki, onun komandası bu görüşdə hesabı açmaqla yanaşı, penalti vurmaq hüququ da qazanmışdı.
Topaz Premyer Liqası
28-ci tur
28 mart
SUMQAYIT – AZAL - 2:1 (1:1)
Qollar: L.Kasradze, 7 (0:1), M.Qurbanov, 21 (1:1), U.Pamuk, 55 (2:1).
Matçın 45-ci dəqiqəsində C.Oluremi penaltidən yararlana bilməyib (qapıçı)
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
SUMQAYIT: 1. Andrey Popoviç, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 3. Vurğun Hüseynov, 8. Aqşin Muxtaroğlu, 11. Ruslan Nəsirli, 18. Aleksandr Çertoqanov, 77. Ramil Mansurov.
AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Xose Junior Aylton, 23. Tural Nərimanov, 20. Branislav Arsenyeviç, 32. Laşa Kasradze, 18. Samuel Barlay, 17. Viktor İqbekoyi, 7. Cavid Tağıyev, 9. Orxan Həsənov, 10. Con Oluremi, 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev, 22. Axtam Xamroqulov, 8. Qərib İbrahimov, 28. Emin Cəfərqluliyev, 31. Şəhriyar Rəhimov.
Turun digər oyunları
29 mart (şənbə): Bakı – Simurq, Neftçi – Xəzər Lənkəran.
30 mart (bazar): İnter – Rəvan, Qarabağ – Qəbələ.
| 1 | Qarabağ | 27 | 17 | 7 | 3 | 50 | 14 | +36 | 58 |
| 2 | Neftçi | 27 | 14 | 6 | 7 | 40 | 33 | +7 | 48 |
| 3 | İnter | 27 | 13 | 6 | 8 | 41 | 31 | +10 | 45 |
| 4 | Bakı | 27 | 13 | 6 | 8 | 43 | 29 | +14 | 45 |
| 5 | Qəbələ | 27 | 13 | 5 | 9 | 37 | 28 | +9 | 44 |
| 6 | Simurq | 27 | 10 | 9 | 8 | 30 | 20 | +10 | 39 |
| 7 | XL | 27 | 8 | 10 | 9 | 28 | 38 | –10 | 34 |
| 8 | AZAL | 28 | 6 | 8 | 14 | 27 | 42 | –15 | 26 |
| 9 | Rəvan | 27 | 3 | 8 | 16 | 15 | 46 | –31 | 17 |
| 10 | Sumqayıt | 28 | 3 | 7 | 18 | 18 | 48 | –30 | 16 |
Bombardirlər:
15 - Reynaldo (Qarabağ)
12 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
8 - Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq).
