27 mart 2014 12:12
Qarabağ Qəbələ ilə oyuna Nadirovsuz çıxacaq
"Qarabağ" Topaz Premyer Liqasının 4-cü dövrəsinə hazırlığa start verib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın lideri 28-ci turda qarşılaşacağı "Qəbələ"ylə oyunun hazırlığını gündə 1 dəfə məşq keçməklə davam etdirir.
Cari mövsüm artıq 6-cı dəfə qarşılaşacağı "qırmızı-qaralar"la oyunda "Qarabağ" Vüqar Nadirovun xidmətindən yararlana bilməyəcək. 27 yaşlı hücumçu sarı vərəqə limitini doldurduğuna görə oyunu buraxmalı olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu martın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 18:00-da start götürəcək.