27 mart 2014 11:44

AFFA Elvin Məmmədovu 10 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda AFFA bayrağı altında keçirilmiş müxtəlif yarışlarda baş vermiş neqativ hallar müzakirə edilib və müvafiq qərarlar çıxarılıb, intizam tədbirləri görülüb:
22 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Mehdiabad” - “Qəbələ-2” matçı meydanın ot örtüyünün yararsız vəziyyətdə olması səbəbindən baş tutmayıb. İntizam Komitəsinin qərarına əsasən oyun yenidən keçiriləcək.
22 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin UGİM (Buzovna) - “Şəfəq” matçının 61-ci dəqiqəsində oyun dayandırılıb. Belə ki, “Şəfəq” klubunun 95 №-li futbolçusu Şəhriyar Yəhyayev, 2 №-li futbolçusu Musa Hüseynli , 12 №-li futbolçusu Emil Cəfərov hakimi təhqir etmiş və “Şəfəq” klubunun 1 №-li futbolçusu Elvin Məmmədov hakimə qarşı fiziki təsir göstərmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
- “Şəfəq” klubunun  95 №-li futbolçusu Şəhriyar Yəhyayev, 2 №-li futbolçusu Musa Hüseynli , 12 №-li futbolçusu Emil Cəfərov hakimi təhqir etdiklərinə görə hər bir futbolçu 4 oyunluq cəzalanır.
Şəfəq” klubunun 1 №-li futbolçusu Elvin Məmmədov hakimə qarşı fiziki təsir göstərdiyinə görə futbolçu 10 oyunluq cəzalanır.
Oyun yarımçıq dayandırıldığı üçün “Şəfəq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir.
22 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Bayıl Rovers” - “Boradigah” matçının 90+1-ci dəqiqəsində “Bayıl Rovers” klubunun 5 №-li futbolçusu Hunter Filip idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
(AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.