27 mart 2014 11:22

Vüqar Nadirov: Qəbələ ilə görüş, həm də kubok matçındakı məğlubiyyətin revanşı olacaq

"Qarabağ"ın futbolçusu Vüqar Nadirov azerisport.az saytına müsahibəsində “Sumqayıt” üzərində qələbədən, Premyer Liqanın növbəti turunda “Qəbələ” ilə keçiriləcək görüşdən danışıb:

- Qarabağ son görüşlərdə böyükhesablı qələbə ilə diqqəti cəlb edir. Rəqiblər zəif oynayır, yoxsa Qarabağ güclənib?
- Rəqiblərə zəif deməzdim. Sadəcə, “Qarabağ” yaranan qol şanslarından maksimum faydalanmağa çalışır. “Sumqayıt” üzərində 3:0 hesablı qələbəyə baxmayaraq, rəqib çox yaxşı mübarizə apardı. Təsadüfi deyil ki, 70 dəqiqə qol vura bilmədik. Yalnız görüşün son 20 dəqiqəsində hesabı açdıq və qələbə üçün lazım olan qolları vurduq. Məşqçilər bizdən qələbə tələb edir. Çox qol vurun, deyən yoxdur. Futbolçular hər qol şansını dəyərləndirməyə çalışır.

- Növbəti turda rəqib Azərbaycan Kubokunda məğlub olduğunuz “Qəbələ” olacaq. “Qarabağ” bu görüşün favoritidir...
- Azərbaycan çempionatında aşkar favorit olmur. “Qəbələ” ötən mövsümlə müqayisədə çox güclənib. “İnter”ə 1:4 hesablı məğlubiyyət sizi aldatmasın. “Qəbələ” də adi komanda deyil. Dodo, Mendi və Ebesilio kimi yüksək səviyyəli legionerləri var. “Qəbələ” kubokda yarımfinala vəsiqə qazandı. Çempionatdakı görüş asan olmayacaq. Bizi yalnız 3 xal razı salacaq.

- “Qəbələ” ilə görüş “Qarabağ” üçün həm də Azərbaycan kubokundakı məğlubiyyətin əvəzini çıxmağa imkan verəcək...
- Bu görüşə revanş prizmasından da yanaşmaq olar. Əlbəttə, bu görüş məğlubiyyətin əvəzini çıxmağa şərait yaradır. Amma “Qarabağ” olaraq, revanş barədə düşünmürük. Bizim üçün əsas, hər görüşdə qələbə qazanmaqdır. 10 xal irəlidə olmağımız, unudulmuş üstünlükdür. Son tura qədər qələbə qazanmaqla layiqli çempion olmaq istəyirik.

- Amma “Qarabağ” “qızıl dubl” edə bilməyəcək. "İki cəbhədə" yarışa bilmədiniz...
- Deməzdim ki, gücümüz çatmadı. Sadəcə, alınmadı. “Qəbələ” cavab matçında daha rahat oynadı. Digər tərəfdən, şansları dəyərləndirmədik. Komanda kimi mübarizə aparıb qələbə qazanırıq. Məğlubiyyət zamanı komanda kimi oyunumuz alınmadı. “Qəbələ”yə uduzmağımız artıq tarixdir. Bizi çempionatda çətin görüşlər gözləyir.

- Böyükağa Hacıyev deyib ki, “Qarabağ” 3 tur uduzsa, onda çempionluq uğrunda mübarizəyə qoşulmaq olar. Sizi nə vaxt təbrik etmək mümkün olacaq?
- Bizi təbrik etmək çox tezdir. Məgər mükafat qazanmışıq? Son tur başa çatandan sonra lider pilləni qorusaq, onda təbrik edərsiniz. Hələlik “Qarabağ” hər növbəti oyuna hazırlaşacaq. Hadisələri qabaqlamayaq. Qarşıda 9 tur var. Bu isə 27 xal deməkdir. Bu oyunlardan sonra turnir cədvəlində çox şey dəyişə bilər. “Qarabağ” 1-ci pilləni təmin etməyib. Ona görə hər oyuna qələbə istəyi ilə çıxırıq.

- Çoxları deyir ki, !Qarabağ! artıq intriqanı öldürüb...
- (gülür) Əgər intriqa ölsəydi, biz hər tur bu qədər maraqlı oyun izləməzdik. Çempionatın kulminasiya nöqtəsi yaxınlaşır. Hər tur 2-3 mərkəzi görüş olur. Bütün klublar “Qarabağ”ı saxlamağa çalışır. Fikrimcə, intriqa ölməyib. Komandamız 10 xal irəlidə olsa da, bu, hələ çempionluq demək deyil. Çempionluq 36 turdan sonra məlum olacaq.

- “Qarabağ” çempion olsa, avrokuboklarda tələb böyük olacaq. Azarkeşlər heç olmasa, Avropa Liqasının qrup mərhələsinə düşməyinizi istəyəcək...
- “Qarabağ” bir neçə dəfə Avroliqanın pley-off mərhələsinə qədər irəliləyib. Bizdən daha böyük nəticə istəyəcəklər. Amma bu barədə danışmaq hələ tezdir. Biz ilk öncə çempion olmalıyıq. Bundan sonra avrokuboklar barədə düşünə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.