27 mart 2014 20:33
Yure Travner: Bakının potensialı Simurq üzərində qələbə barədə düşünməyə imkan verir
“Bakı”nın futbolçusu Yuri Travner TPL-in 28-ci turu çərçivəsində “Simurq”a qarşı keçiriləcək oyun barədə fikirlərini azerisport.az saytı ilə bölüşüb:
Çempionatda hər növbəti oyun əvvəlkindən çətin olur. “Simurq” səfərdə “Xəzər Lənkəran” üzərində parlaq qələbə qazandı. “Bakı” klubu avrokuboklara düşmək üçün mümkün qədər çox xal qazanmalıdır. Ona görə məqsəd, “Simurq” üzərində qələbə qazanmaqdır. Başqa nəticə bizi razı sala bilməz. “Bakı”nın potensialı 3 xal barədə düşünməyə imkan verir. Hazırda sərgilədiyimizdən daha yaxşı oyun göstərə bilərik.
