27 mart 2014 17:00
Platini agentlərin əleyhinə çıxış etdi
UEFA prezidenti Mişel Platini qeyd edib ki, qitənin ali futbol qurumu futbolçulara hüquqların üçüncü tərəfin əlində olması məsələsi ilə bağlı mübarizə aparmaq niyyətindədir. Azeripsort.az xəbər verir ki, UEFA prezidentinin fikrincə, bu məsələ ilə bağlı problem artıq dünya miqyası alıb:
“Əgər FIFA bu məsələyə müdaxilə gücündə deyilsə, o zaman biz UEFA bayrağı altında keçirilən yarışlarda bu məsələ ilə bağlı məhdudiyyətlər tətbiq edəcəyik. Bu məsələdə bizim xüsusi mövqeyimiz var. Son zamanlar futbolçulara olan hüquqların agentlər və ya investisiya təşkilatlarına məxsus olması ilə bağlı vəziyyətlər daha tez-tez baş verir və bu halda, oyunçunun özü, öz karyerasını idarə və inkişaf edə bilmək imkanlarından məhrum olur. O, vəziyyətin əsiri olaraq qalır. Bu problem dünyəvi vüsət alıb”.
(SE)
