27 mart 2014 14:48

Ruslan Qurbanov: Biz bu Xəzər Lənkəranı məğlub etməliyik

“Neftçi”nin hücumçusu Ruslan Qurbanov azerisport.az saytına müsahibəsində TPL-in 28-ci turu çərçivəsində komandasının “Xəzər Lənkəran”a qarşı keçirəcəyi oyundan danışıb:
- “Böyük oyun”a hazırlıq necə gedir?
- Düzü, həmişəki kimi. Futbolçular bu oyun haqda hətta öz aralarında belə, danışmırlar və məşqlər adi qaydada keçir. Ümumilikdə komandada yaxşı atmosfer var.
- Bəs sizin gənc bir oyunçu kimi, həyəcanınız var?
- Oyunqabağı həmişə həyəcan olur. Ancaq əminəm ki, fit çalınan kimi, bu hal, ötəcək. Komanda yoldaşlarım da dəstək olurlar.

- Bu, sizin üçün ilk oyundur?
- Mən artıq “Böyük oyun”da iştirak etmişəm. Ancaq bu, çempionluğumuzu təmin etdiyimiz zaman olub. O vaxt ikinci hissədə meydana çıxmışdım.

- Ötən turda siz start heyətində meydana çıxdınız və oyunda yeganə qolu vurdunuz. Start heyətində yer gözləyirsiniz?
- Meydana çıxmaq istəyirəm və buna hazıram. Buna rəğmən, mənim üçün əsası, qələbə olacaq. Bütün oyunu ehtiyatda keçirməyə hazıram, təki, “Xəzər Lənkəran”ı məğlub edək. Görək, məşqçi nə qərar gəlir.

- Ən prinsipial rəqibi xalsız qoymaq müyəssər olacaq?
- Biz üç xal götürmək niyyətindəyik. Bizi hətta heç-heçə də razı sala bilməz. Bu “Xəzər Lənkəran”ı biz məğlub etməliyik. Biz ən azı ikinci yerdə möhkəmlənməliyik.

- Yeri gəlmişkən, öz töhfənizi vermək istəyiniz var? Ötən tur sizin vurduğunuz qol komandaya qələbə gətirdi.
- Sözsüz, “Böyük oyun”da qol vurmaq istərdim. “Rəvan”a qol vurmaq başqa, “Xəzər Lənkəran”a başqa. Prinsipial rəqiblə oyunun qiyməti böyükdür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.