27 mart 2014 14:00
Qarabağ yeni stadionun intizarındadır
“Qarabağ” yaxın mövsümdə ev oyunları keçirəcəyi stadionu dəyişmək fikrindədir. Azerisport.az xəbər verir ki, hazırda Tofiq İsmayılov adına stadiona bitişik bazanın yenidən qurulması istiqamətində işlər tamamlanmaq üzrədir və sonra stadionun özündə təmir işləri başlayacaq.
“Əgər növbəti mövsümün başlanmasına qədər stadion hazır olarsa, biz öz ev oyunlarımızı Tofiq Bəhramov adına stadionun yerinə Tofiq İsmayılov adına stadionda keçirəcəyik. Tofiq İsmayılov adına stadion az dəyişikliyə uğramayacaq. Əgər arena yeni mövsümün başlanmasına qədər hazır olmazsa, biz rəqiblərimizi yeni mövsümün ikinci yarısında orada qəbul etməyə ümid edəcəyik”, deyə “Qarabağ”ın idman direktoru Əmrah Çelikel bildirib.
