27 mart 2014 13:22
Rəşad Sadıqov Qarabağa kömək edə bilməyəcək
TPL-in 28-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” daha bir futbolçusunun xidmətidən məhrum olub. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşad Sadıqov zədədən sonra yüngül məşqlərlə kifayətlənir və qarşıdakı oyunu buraxmalı olacaq.
Nikolas Gelaşvili isə komanda ilə birgə ümumi qrupda məşqlərdə iştirak edir və lazım gələrsə, meydana çıxa bilər.
