26 mart 2014 00:48
TPL-də ilk ispaniyalı izləri
Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Qəbələ” - “İnter” matçı paytaxt klubu üçün bir sıra statistik göstəricilərlə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, görüşdə fərqlənmiş Mikel Alvaro Azərbaycan çempionatda “İnter” üçün qol vurmuş sayca 83-cü futbolçul oldu. Bu oyunçu ölkə çempionatında “İnter”in formasında qol vurmuş ilk ispaniyalı futbolçu kimi tarixə düşdü.
Xatırladaq ki, hazırda komandada oynayan və aktivində 29 qol olan Baçana Sxadadze “İnter”in ən yaxşı bombardiridi.
Paytaxt klubunun tarixində yerli futbolçulardan başqa Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Latviyadan, Moldovadan, Braziliyadan, Gürcüstandan, Estoniyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan, Xorvatiyadan, Kosta-Rikadan və Fransadan olan futbolçular da fərqləniblər.
