26 mart 2014 00:28

Vaqif Cavadov Bakının ən yaxşısı oldu

"InStat Football" şirkəti Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Qəbələ” - “İnter” matçının statistik göstəricilərini təqdim edib. Azerisport.az xəbər verir ki, 90 dəqiqə ərzində “bankirlər” rəqib qapısına 15 zərbə endirib.
“Qəbələ” isə 10 zərbəylə fərqlənib. Bununla yanaşı, meydan sahibləri çərçivəyə 3 dəfə, qonaqlar isə 8 dəfə zərbə endiriblər.
Ötürmələrdə də üstünlük “İnter”in tərəfindədi. Belə ki, oyun ərzində "bankirlər" 431-i dəqiq olan 512 ötürməylə fərqlənib. “Qəbələ” isə 487 ötürmə edib və bunlardan 411-i dəqiq olub. Dəqiq ötürmələrin faizi hər iki komandada bərabər olub - 84 %.
Topa sahib olmaqda da “İnter” öndədi. 49 faizə qarşı 51 faiz. “İnter”in futbolçuları 134 mübarizənin 75 dəfə qalib gəliblər. “Qəbələ”nin oyunçuları isə cəmi 59 mübarizdən qalib ayrılıblar.
Kaxaber Sxadadzenin yetirmələri oyun ərzində 71 hücumla fərqləniblər, ev sahibi komanda isə 103 hücum təşkil edib. "İnter" 32 hücumu cinahlardan təşkil edib. “Qəbələ” isə 41 hücuma cinahlardan keçib.
Oyun ərzində ən çox ötürmə edən futbolçu "İnter"in oyunçusu Derlis Meza Kolli olub. O, 70-i dəqiq olan 76 ötürmə ilə seçilib. "Qəbələ"nin heyətində ən çox ötürmə edən futbolçu isə Lorenso Ebesilio olub - 71 ötürmə, 56 dəqiq. Lakin dəqiq ötürmələrə görə bu komandanın heyətində Dodo birinci olub - 60 dəqiq ötürmə.
Oyun ərzində qapını ən çox nişan alan oyunçular "Qəbələ"nin futbolçuları Lorenso Ebesilio və Viktor Mendi olublar - hərəyə 5 zərbə. "İnter"in heyətində isə Vaqif Cavadov 4 zərbə ilə seçilib.
"InStat Football" şirkətinin hesabatına görə oyunun ən yaxşı futbolçusu "İnter"in kapitanı Vaqif Cavadov olub. Qeyd edək ki, Vaqif bu qarşılaşmada iki məhsuldar ötürmə ilə fərqlənib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.