26 mart 2014 00:13
Ermənistan futbol federasiyası işğal edilmiş ərazilərimizdə məşqçi kursları keçirir
Martın 24-də Xankəndidə Ermənistan futbol federasiyasının (EFF) “B” kateqoriyalı məşqçi lisenziyası üzrə ikinci qrupunu kursları başlayıb. Azerisport.az xəbər verir ki, kurslarda “Dağlıq Qarabağ Respublikası”ndan 8 məşqçi iştirak edir.
Kursa EFF-in təlimatçısı Suren Çaxalyan rəhbərlik edir. Ona Mamikon Qəribcanyan, Albert Səfəryan və EFF-in qapıçılar üzrə təlimatçısı-məşqçi Ayk Kirakosyan köməklik edirlər.
Bu, məşqçi lisenziyası üzrə EFF tərəfindən keçirilən ilk kursdur ki, İrəvan hüdudlarından kənarda təşkil edilib. Kurslar aprelin 27-də imtahanlarla başa çatacaq. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçılar “B” kateqoriyalı məşqçi lisenziyası və EFF-in diplomlarını alacaqlar.
(Armsport.am)
