26 mart 2014 19:48
Fransa KİV-i: Hafiz Məmmədov dünya nüfuzuna nail olmağa qadirdir
Fransa KİV-i “Lans”ın Liqa 1-ə çıxa bilmək imkanlarını müzakirə edərkən, komandanın şəriki və əsas investoru, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov haqda da danışıb. Azerisport.az Fransa KİV-nin bu barədə fikirlərinin diqqətinizə çatdırır:
“Azərbaycandan olan investor klubu hələ ötən ilin iyulunda alıb. Ancaq komandanını Liqa 1-in səviyyəsinə cavab verməsi üçün maliyyə nüfuzunu artırmaq zərurəti gərəkdir. Hafiz Məmmədov bu yay PSJ və “Monako” ilə rəqabət apara biləcəkmi? Ancaq təxmin edirik ki, azərbaycanlı biznesmen keyfiyyətli komanda ərsəyə gətirməklə, dünya nüfuzuna nail olmağa qadirdir”.
