26 mart 2014 18:22
Erat darmadağınla üzləşdi
Almaniyada İkinci Bundesliqanın 27-ci turunun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sı səfərdə yarış cədvəlinin liderlərindən biri olan “Qroyter Fyurt” komandası ilə qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub.
Erat 90 dəqiqə meydanda mübarizə aparıb.
Hazırda “Fortuna” 33 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
