26 mart 2014 15:22
AFFA: EFF-in işğal edilmiş ərazilərdə kurslar keçirməyə heç bir hüququ yoxdur
Məlumat verdiyimiz kimi, Ermənistan futbol federasiyası Xankəndidə məşqçi kursları keçirir və kurslarda “Dağlıq Qarabağ Respublikası”ndan 8 məşqçi iştirak edir. AFFA mətbuat xidmətindən azerisport.az saytının müxbirinə verilmiş məlumata əsasən, milli federasiya bu kurslar haqda tam məlumat toplamaq və sonra bu barədə UEFA-ya müraciət etmək fikrindədir:
“EFF-in işğal edilmiş ərazilərdə kurslar keçirməyə heç bir hüququ yoxdur. AFFA UEFA-nın məşqçilik nizamnaməsinə qoşulub və bu səbəbdən yalnız bizim milli federasiyamız öz ərazilərimizdə “C”, “B”, “A” və Pro lisenziyaları verən məşqçi kursları keçirmək hüququna malikdir”.
