26 mart 2014 13:11
Böyükağa Hacıyev: Xəzər Lənkəranla oyun adi çempionat oyunudur
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında həftəsonu keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” görüşü haqda danışıb:
“Azarkeşləri çox maraqlı oyun gözləyir. Bizim üçün adi çempionat matçıdır. Ajiotaj yaratmaq lazım deyil. Hazırda “Neftçi” turnir cədvəlində ikinci pillədədir. “Xəzər Lənkəran” liderlər qrupundan çox uzaq düşüb. Ona görə qarşılaşmaya “Böyük oyun” adı vermək olmaz. Bu, adi çempionat matçıdır. Gələn mövsüm “Xəzər Lənkəran” yuxarı pillələrdə olarsa, “Böyük oyun” statusunu qaytarmaq olar. Komandada Elvin Yunuszadənin oynamayacağı dəqiqdir. Bahodir Nasimovla bağlı həkimlər yekun rəyi bu gün verəcək. İstənilən halda, komanda meydana qələbə üçün çıxacaq”.
