26 mart 2014 13:00
Matiya Şpiçiç: Ümid edirəm ki, İnter mükafatçılar sırasında olacaq
“İnter”in müdafiəçisi Matiya Şpiçiç hesab edir ki, komandasının TPL mövsümünü mükafatçılar sırasında bitirməsi uğurlu nəticə sayıla bilər. Azerisport.az xəbər verir ki, Şpiçiç bunları söyləyib:
“Ümid edirəm ki, bu mövsümdə biz avrokuboklara vəsiqə qazanmaq üçün mükafatçılar sırasında yer ala biləcəyik. “Qəbələ”yə qarşı son oyunda (4:1) biz rəqibdən üstün idik. Əsası, Avropa Liqasına vəsiqə uğrunda əsas rəqiblərimizdən birini məğlub edə bildik”.
(Sportnet)
