25 mart 2014 12:40
Yunuszadə Böyük oyuna növbəti dəfə həsrət qalacaq
“Neftçi” TPL-in 28-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirəcəyi oyuna hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, zədə səbəbi ilə çox güman ki, komandanın hücumçusu Bahodir Nasimov “Böyük oyun”u buraxmalı olacaq.
Elvin Yunuszadə isə sarı vərəqələr həddini aşdığından oynamayacaq. Bununla da gənc müdafiəçi ardıcıl dördüncü dəfə “Xəzər Lənkəran”a qarşı oyunu buraxmalı olacaq.
