25 mart 2014 12:12
Elnur Allahverdiyev: Bilməzdim ki, Qəbələ Arsenalın taleyini yaşayar
“Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində komandasının TPL-in 27-ci turu çərçivəsində “İnter”ə 1:4 hesablı məğlubiyyətindən danışıb:
- Komanda ilə nə baş vermişdi?
- Siz kənardan bizim yorğun göründüyümüzə diqqət etmədiniz?

- Nə üçün?
- Artıq çoxdandır ki, hər üç-dörd gündən bir oynayırıq və məhz bu oyunda komandanın yorğunluğu əksini tapdı.

- Axı rəqibiniz də ölkə Kuboku uğrunda oyunda iştirak etmişdi. Nə üçün onlar daha gümrah görünürdülər?
- Belə çıxır ki, onlar bizdən yaxşı hazırlaşmışdılar. Yorğunluğa rəğmən, belə məğlubiyyəti lap yəqin, gözləmirdik. Komanda çox dilxor oldu.

- Siz eyni ilə Joze Mourinyonun yetirmələrinin altı cavabsız qol vurduğu “Arsenal”ın “Çelsi”yə qarşı oyunundakı kimi köməksiz görünürdünüz...
- Mən bu oyuna baxmışdım və heç cür gözləmirdim ki, “Arsenal”ın üzləşdiyi ilə üzləşəcəyik. Təəssüf ki, bizdə heç nə alınmadı. Rəqibin bütün zərbələri qapımıza getdi.

- Daha bir bəraət?
- Bizim pis oyunumuza bəraət yoxdur. Komanda sadəcə, pis oynadı.

- Üçüncü dövrə “Qəbələ” üçün ən uğursuz dövrə oldu və hətta iş o yerə gəlib çatdı ki, komanda öz meydanında bir qələbə belə qazanmadı. Nə mane olur?
- Sadəcə, alınmır. Komanda qara zolağa düşüb. Hamı gözləyirdi ki, “Qarabağ” üzərində qələbədən sonra, işlər daha yaxşı gedəcək.

- Yuri Syomin oyundan sonra nə dedi?
- Kəskin tənqid etmədi, buna görə minnətdaram. İndi ilk üçlüyə qayıtmaq çətin olacaq. Ancaq hər halda, biz sonacan oynayacağıq.

- Sizcə, Kamran Ağayevin yoxluğu oyunda əksini tapır?
- Əlbəttə, axı o, əsas qapıçıdır. Bununla belə, onun əvəzinə meydana çıxan, komandanı qurtarmalıdır. Onun dönüşünü gözləyəcəyik.