25 mart 2014 11:44
Klublarımız Moldova komandaları üçün ən arzulanan rəqiblərdir
Moldfootball.com İnternet portal keçmiş Sovet İttifaqı ölkələrinin klublarının avrokuboklar çərçivəsində oyun statistikasını hesablayıb. Azerisport.az xəbər verir ki, bu hesablamalara görə Moldova komandaları üçün ən uğurlu rəqiblər Azərbaycan və Ermənistan klublarıdır.
Belə ki, moldavanlar cəmi 10 oyun olmaqla, hər iki ölkənin klublarına qarşı 5 oyun keçiriblər və bütün hallarda növbəti mərhələyə adlayıblar.
Ən uğursuz rəqiblər isə Ukrayna təmsilçiləridir ki, Moldova klubları yeddi dəfə qarşılaşıb və mübarizəni dayandırıblar.
