25 mart 2014 11:11
Qarabağ üçüncü dövrəyə möhürünü vurdu
Topaz Premyer Liqasında 3-cü dövrəyə yekun vurulub. Azerisport.az xəbər verir ki, 2014-cü ildə baş tutmuş 9 turun nəticələrinə əsasən “Qarabağ” hamıdan güclü olub.
Ağdam təmsilçisi mümkün 27 xaldan 22-ni qazanıb. İlk “üçlük”də olan “Bakı” və “İnter” də dövrənin qalibi kimi cəmi 1 dəfə məğlub olub. Dövrəni qələbəsiz bitirən yeganə komanda isə AZAL olub.
3-cü dövrədə “Qarabağ” hamıdan çox - 19 qol vurub və ən az - 3 top buraxıb.
Ümumilikdə isə “Sumqayıt” ən az top vuran komanda olub - 5 qol. AZAL isə dövrə ərzində 17 qol buraxıb.
Qeyd edək ki, əvvəlki 2 dövrənin qalibləri daha az xal toplamışdı. “Qarabağ” ilk 9 turu hamıdan çox - 18 xalla tamamlamışdısa, “Qəbələ” 2-ci dövrənin qalibi olmaq üçün 19 xal əldə etmişdi. Bu isə o deməkdir ki, 3-cü dövrənin qalibi 9 tur üçün rekord sayda xal toplayıb.
|
1 |
Qarabağ (Ağdam) |
7 |
1 |
1 |
19 - 3 |
22 |
|
2 |
Bakı |
5 |
3 |
1 |
14 - 8 |
18 |
|
3 |
İnter (Bakı) |
5 |
3 |
1 |
14 - 10 |
18 |
|
4 |
Simurq (Zaqatala) |
4 |
2 |
3 |
11 - 6 |
14 |
|
5 |
Neftçi (Bakı) |
4 |
2 |
3 |
13 - 14 |
14 |
|
6 |
Xəzər Lənkəran |
3 |
3 |
3 |
12 - 14 |
12 |
|
7 |
Qəbələ |
2 |
3 |
4 |
10 - 12 |
9 |
|
8 |
Rəvan (Bakı) |
2 |
2 |
5 |
6 - 14 |
8 |
|
9 |
Sumqayıt |
1 |
3 |
5 |
5 - 15 |
6 |
|
10 |
AZAL (Bakı) |
0 |
2 |
7 |
9 - 17 |
2 |
(PFL)
