25 mart 2014 11:00
Millimizin rəqibinin baş məşqçisi müqaviləni artırdı
İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli komandanın Braziliyada keçiriləcək DÇ-də göstərdiyi nəticədən asılı olmayaraq, öz vəzifəsində qalacaq. Azerisport.az xəbər verir ki, bu ərəfədə Prandelli İtaliya futbol federasiyası ilə 2016-cı ilin yayına qədər müqavilə imzalayıb.
Beləliklə AÇ-2016-nın təsnifat mərhələsində İtaliya yığmasını millimizə qarşı oyuna məhz Prandelli çıxaracaq.
