25 mart 2014 18:48

Stenli Brard: Məşqçilərimiz səfərdən çox razı qaldılar

"Qəbələ" Futbol Akademiyasının məşqçilər heyətinin nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə Fransanın "Lion" klubunun düşərgəsində olması ilə bağlı məlumat vermişdik.  Azerisport.az xəbər verir ki, səfərin təfərrüatları barədə gabalafc.az saytına açıqlama vermiş nümayəndə heyətinin rəhbəri Stenli Brard məşqçi heyətinin Fransada yararlı təcrübə keçdiyini söyləyib:
"Hər şey planlaşdırdığımız kimi alındı. Bizi Lionda çox yaxşı qarşıladılar. Klubun bazası, əsas komanda və müxtəlif yaş qrupları ilə yaxından tanış olmaq imkanı yaratdılar. Bildiyiniz kimi "Lion" klubu aşağı yaş qruplarının inkişafında, futbolçu yetişdirilməsində böyük təcrübəyə malikdir. "Lion" Futbol Akademiyasının yetrimələri əsas komanda ilə yanaşı Avropanın bir sıra klublarında top qovurlar. Klub çox gözəl infrastruktura malikdir. Onların gənc futbolçuların inkişafı istiqamətində çox yararlı fikirləri və planları var. Səfərimizin məqsədi də bütün bu sadaladıqlarımı əyani olaraq görmək, tanış olmaq və bunlardan yararlanmaq idi. Bu baxımdan səfər nümayəndə heyətimiz üçün xeyirli oldu". 
Səfər zamanı baş tutan görüşlər barədə məlumat verən Brard "Lion"la əməkdaşlığın gələcək perspektivlərindən danışıb. O, məşqçilərimizin səfərdən razı qaldıqlarını da söyləyib:
"Səfər müddətində "Lion"un baş məşqçisi Rene Qard, klub prezidentinin müşaviri, Fransa futbolunun əfsanəsi Bernar Lyakomb və Akademiya direktoru Stefan Roşe ilə görüşlər keçirdik. Sözügedən toplantılarda klubun tarixi, inkişaf yolu və hazırda apardığı islahatlar barədə müzakirələr aparıldı. Çox maraqlı görüşlər keçdi və biz bir çox yeniliklərlə tanış olduq. Eyni zamanda klublar arasında münasibətlərin gələcək perspektivləri barədə də söhbətlərimiz oldu. Bu il "Lion"un 15 yaşa qədər futbolçulardan ibarət komandası təqvimin sıxlığına görə Qəbələ Kubokunda iştirak edə bilməyəcək. Amma gələn il onlar turnirdə yer almaq istəyirlər. Bundan əlavə müxtılif yaş qrupları üzrə komandalarımız arasında yoldaşlıq oyunları da planlaşdırılır. Məşqçilərimiz akademiya komandalarının hazırlıq proseslərini izlədilər, məşqlərdəki fərqli və bənzər cəhətləri müşahidə etdilər. Futbolçuların fiziki və texniki baxımdan bizim futbolçularla fərqlərini gördülər. Ümumilikdə məşqçilərimiz səfərdən çox razı qaldılar".
Xatırladaq ki, nümayəndə heyətinin  tərkibinə  “Qəbələ” Furtbol Akademiyasının  hollandiyalı  direktoru  Stenli  Brard  və  onun müavini Nail  Kərimov,  eləcə  də  akademiyanın  yuxarı  yaş  qruplarında  çalışan məşqçilər Famil Xəlilov  (U-17), Zaur Hacıyev  (U-16), Hüseynqulu Quliyev (U-15) və Xaqani Məmmədov  (U-14) daxil edilmişdilər.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.