25 mart 2014 15:40
Melvin Platye: Neftçidə tamam başqa mentalitet hökm sürür
“Neftçi”nin sabiq hücumçusu Melvin Platye bildirib ki, “neftçilər”in düşərgəsində onun üçün heç də asan keçməyib. Azerisport.az xəbər verir ki, Platye bunları söyləyib:
“Mənə “Neftçi”də oynamaq çətin idi. Orada tamamilə başqa mentalitet hökm sürür. Özümü yeni komandam “Kalmar”da yaxşı tərəfdən göstərmək istəyirəm.
(İsveç KİV-i)
