25 mart 2014 15:00

Cavid İmamverdiyev: Rəqibdən güclü olduğumuz fikri ilə meydana çıxsaq, XL bizə beş qol vurar

“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev azerisport.az saytına müsahibəsində TPL-in 28-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçiriləcək “Böyük oyun” və öz idman forması haqda danışıb:
- Hazırlıq necə gedir?
- “Rəvan” üzərində qələbədən (1:0) sonra bizə bir gün istirahət verdilər. Komandada ab-hava yaxşıdır. Qarşıdakı oyunda üç xala köklənmişik.
- Rəqib yarış tapşırığı nöqteyi-nəzərindən demək olar ki, köklənməyib. Bu, komandanızın tapşırığını asanlaşdırır?
- Çətin ki. Bizim üçün olduğu kimi, rəqib üçün də bu oyun, xüsusi oyundur. Həmçinin, bizə qarşı hətta autsayder şir kimi oynayır. Səbəbini bilmirəm. Ola bilər ki, oyunçular özlərini göstərmək və məşqçi qərargahının diqqət mərkəzinə düşmək istəyirlər. Digər tərəfdən, yarış cədvəlindəki mövqeyinə rəğmən, “Xəzər Lənkəran” güclü komandadır.
- “Neftçi”nin cütün aşkar favoriti olması fikri ilə razısınız?
- Sözsüz. Hazırda biz güclüyük. Ancaq bu, o demək deyil ki biz meydana çıxıb rahatca qalib gələcəyik. Bu oyunda nə desən, baş verə bilər. Əgər rəqibdən güclü olduğumuz fikri ilə meydana çıxsaq, “Xəzər Lənkəran” bizə beş qol vura bilər.
- Premyer Liqanın liderinin itkisiz irəlilədiyini nəzərə alsaq, ikinci yerin “Neftçi” üçün yaxşı nəticə olacağını demək olar?
0 İkinci olmaq “Neftçi”nin simasına yaraşmır. Son üç ildə biz ən güclü olmuşuq və titulu itməklə barışmaq istəmirik. Yalnız bir şəxsi görüşümüz qaldığını nəzərə alsaq, gördüyünüz kimi, heç də hər şey bizim əlimizdə deyil. Əgər rəqib xal yığmağa davam etsə, bizə ancaq ikinci pilləni saxlamaq qalır.
- “Rəvan” oyuna qədər siz uzun müddət əvəzedici heyətdə oynayırdınız. Siz də Rəşad Sadiqov kimi ora göndərmişdilər?
- Əsas heyətə düşə bilmədiyimdən, özüm əvəzedici heyətə getdim ki, idman formamı itirməyim. Gördüyünüz kimi, “Rəvan”la oyunda əsas heyətdə meydana çıxdım. Demək, heç nə bəs deyildi.
- Bəs nə üçün əsas heyətə düşmürdünüz?
- Mənim oyun formam əsas heyətin tələblərinə cavab vermirdi. İndi artıq hər şey yaxşıdır. Əvəzedicilərin heyətindəki oyunlar əbəs olmadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.