25 mart 2014 14:11
Rəşad Sadıqov Türkiyədən Bakıya qayıdıb
"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov müayinədən keçmək üçün Türkiyəyə səfər edib. Azerisport.az xəbər verir ki, iki gün qardaş ölkədə olmuş müdafiəçi bu gün Bakıya qayıdıb.
Müayinədən sonra Sadıqovun müalicəsi barədə müzakirə aparılacaq. Qeyd edək ki, zədədən əziyyət çəkən Sadıqov son oyunlarda komandaya kömək edə bilmir.
