Hakimi təhqir etdiyinə görə 4 oyunluq cəza aldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan 1-ci divizionunun 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Karvan” – “Şahdağ” matçının 80-ci dəqiqəsində “Şahdağ”ın məşqçisi Vahid Həşimov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
“Mil-Muğan” – “Neftçala” matçının 74-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Aqşin Həşimov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Rəmzi Məmmədov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
