25 mart 2014 13:26
Simurqun baş məşqçisi 5 oyunluq cəzalandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, bu gün keçirilən iclasda Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 35-ci dəqiqəsində “Simurq”un baş məşqçisi Rövşən Babayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 2500 manat cərimə olunub.