25 mart 2014 13:14
Azarkeşləri Xəzər Lənkəranı ziyana saldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, bu gün keçirilən iclasda Topaz Premyer Liqasının 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Xəzər Lənkəran” – “Simurq” matçının 86-cı dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Rəvan” – “Neftçi” matçının 71-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Mişel Patrik Balakoq idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
