25 mart 2014 13:00
AFFA kubok oyunlarına görə ən sərt cəzanı Rəvana kəsdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Xəzər Lənkəran” – “Araz Naxçıvan” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün “Xəzər Lənkəran” 1000 manat, “Araz Naxçıvan” 100 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qarabağ” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Bakı” – “Rəvan” matçının 43-cü dəqiqəsində “Rəvan”ın məşqçisi Gündüz Hindal hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.