24 mart 2014 12:22
Erat oynadı, komandası heç-heçə etdi
Almaniya İkinci Budesliqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sı səfərdə “Frankfurt”la qarşılaşıb və qolsuz heç-heçə oynayıb.
Erat meydanda 90 dəqiqə mübarizə aparıb.
Hazırda “Fortuna” 33 xalla yarış cədvəlində 11-cı sırada qərarlaşıb.
