24 mart 2014 00:06

Liderlər XL və Qəbələnin qara günündə büdrəmədilər

Topaz Premyer Liqasında daha bir turu arxada qoyduq. Azerisport.az xəbər verir ki, son dövrlərdə olduğu kimi, 27-ci turun görüşləri də eyni gündə baş tutdu.

Hesabat turuna Qəbələdə start verildi. Burada yerli komanda "İnter"lə üz-üzə gəldi. Hər iki komanda liderlər qrupunda qərarlaşdığından bu qarşılaşma turun mərkəzi görüşü hesab olunurdu. Bəlkə də məhz bu səbəbdən görüşün taleyini bir qolun həll edəcəyini düşünənlər daha çox idi. Çünki hər iki komanda daha çox müdafiə futboluna üstünlük verməsiylə seçilir. Lakin heç kimin gözləmədiyi halda bu qarşılaşmada qapılara 5 qol vuruldu. Özü də bunlardan 4-ü "bankirlər"in aktivinə yazıldı. Nəticədə, "İnter" avrokuboklara vəsiqə qazanmaq yolunda çox önəmli bir qələbə qazandı. Yuri Syominin komandası isə uğursuz zolaqdan çıxmaq əvəzinə, geriləməkdə davam edir.

Cari mövsümün uğursuzlarından olan "Xəzər Lənkəran" doğma meydanda "Simurq"la qarşılaşdı. Bu görüş də məhsuldar alındı. 4 qolun vurulduğu oyunun qalibi Zaqatala təmsilçisi oldu. Qonaqların iki gözəl qol vurduğu oyunda meydan sahibləri sadəcə, təsəlli topuna sevinə bildilər. Görünür, çempionatda uğur qazanacağına heç bir ümidi qalmayan cənub təmsilçisi Premyer Liqa görüşlərinə motivasiyasız çıxır. Əks halda komanda ən azından doğma meydandakı qələbəsizlik sindromuna son qoymaq üçün cəhd göstərərdi. Qonşu pillədə qərarlaşdığı "Simurq"a məğlubiyyət Mustafa Dənizlinin komandasının hətta 7-ci pillədən yuxarı çıxmasını da müşkülə salmış oldu. Zaqatala təmsilçisi isə hələ nəyəsə ümid edə bilər.

Bu oyunla eyni vaxtda AZAL Şüvəlanda "Bakı" ilə üz-üzə gəldi. Paytaxt derbisi meydan sahibləri üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki Vaqif Sadıqovun gedişindən sonra onu bu postda əvəzləyən Tərlan Əhmədov "təyyarəçilər"lə debüt matçına çıxmışdı. Amma daha iddialı "zolaqlılar"la qarşılaşma AZAL üçün uğursuz oldu. Medallar uğrunda mübarizə aparan Milinko Pantiçin komandası çətin qələbəyə sevindi. Bu, "Bakı"nın "İnter"dən aralanmamasına şərait yaratdı.

Liderin əsas izləyicisi "Neftçi" səfərdə "Rəvan"la qarşılaşdı. Hələ qarşılaşmadan öncə "ağ-qaralar" paytaxt derbisinin əsas favoriti sayılırdı. Amma Böyükağa Hacıyevin yetirmələrinin son dövrlərdəki uğursuz çıxışını, "Rəvan"ın sərgilədiyi əzmkar oyunu, xüsusilə ölkə kubokunda bu komandanın "Bakı"nı mübarizədən kənarlaşdırmasını nəzərə alsaq, meydan sahiblərini son çempionu da büdrətməsi istisna edilmirdi. Görüşün taleyini bir qol həll etdi. Onu da qonaqlar vurdu. Nəticədə, "Neftçi" liderlər xal fərqinin artmasına imkan vermədi. Lakin minimal hesablı məğlubiyyətdən sonra "aslanlar"ın türkiyəli çalışıdırıcısı Güvenç Kurtar hakimlikdən çox şikayətləndi. "Rəvan" tərəfinin bu narazılığının nə dərəcədə haqlı olduğuna isə oyunu canlı izləyənlər daha düzgün qərar verə bilərlər.

Lider "Qarabağ" da bu turda "Sumqayıt"la qarşılaşırdı. Bu oyun gözlənildiyi kimi, Ağdam klubunun qələbəsiylə başa çatdı. Özü də Qurban Qurbanovun yetirmələri yenə 3 xalı darmadağınla əldə etdi. Baxmayaraq ki, ilk yarıdan sonra qapılara qol vurulmamışdı. Komandası ilə yanaşı, Reynaldo də vurduğu növbəti iki qolla bombardirlər yarışında liderliyini möhkəmləndirmiş oldu.

Topaz Premyer Liqası
27-ci tur

QƏBƏLƏ - İNTER - 1:4
Qollar: Viktor Mendi, 89 - Baçana Sxadadze, 14, Mikel Alvaro, 46; 54, Matiya Spiçiç, 57.
Sarı vərəqələr: Elnur Allahverdiyev, 41 (kobud oyun), Müşfiq Teymurov, 62 (rəqibi tutduğuna görə), Marat İzamaylov, 65 (rəqibi tutduğuna görə) - Brüs Abdulaye, 74 (hakimin qərarına etiraz); Abdulla Abatsiyev, 46 (rəqibə badalaq).
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Mübariz Haşımov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
23 mart 2014. Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.

Qəbələ: 30. Anar Nəzirov, 6. Vladimir Levin (k) (42. Leonardo da Silva, 23) (22. Lourival Assis, 60), 7. Marat İzmaylov, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 46. Davronjon Erqaşev, 88. Müşfiq Teymurov (2. Rail Məlikov, 67).
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 8. Nizami Hacıyev, 19. Abdulvahid Afolabi, 34. Ürfan Abbasov.
Baş məşqçi: Yuri Syomin.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 7. Ruslan Əmircanov (21. Arif Daşdəmirov, 51), 9. Aleksandr İaşvili (8. Mikel Alvaro, 46), 20. Brüs Abdulaye, 28. Baçana Sxadadze, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (11. Asif Məmmədov, 78), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 12. İvo Taborski, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Sxadadze.

AZAL - BAKI - 1:2
Qollar: Con Oluremi, 39 - Yure Travner, 30, Junior Aylton, 47-öz qapısına.
Sarı vərəqələr: Branislav Arsenyeviç, 51 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 79; (qeyri-idman hərəkəti); Laşa Kasradze, 81 (qeyri-idman hərəkəti) - Namiq Ələsgərov, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Ziya Nəsirov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Alik Yunusov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
23 mart 2014. Bakı. “AZAL Arena”. 300 tamaşaçı.

AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Xose Junior Aylton, 15. Oskar Klava, 20. Branislav Arsenyeviç, 32. Laşa Kasradze, 31. Şəhriyar Rəhimov (5. Murad Ağayev, 83), 17. Viktor İqbekoyi, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov (27. Rəşad Abdullayev, 72), 10. Con Oluremi, 89. Nedo Turkoviç (18. Samuel Barlay, 67).
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 26. Kərim Diniyev, 9. Orxan Həsənov, 22. Axtam Xamroqulov.
Baş məşqçi: Tərlan Əhmədov.
Bakı: 1. Aqil Məmmədov (k), 12. Etto, 3. Yure Travner, 5. Ruben Qonzales, 4. Mario Alvares, 31. Vüqar Mustafayev, 15. Alberto Noquera, 8. Cavid Hüseynov (21. Elvin Məmmədov, 64), 22. Namiq Ələsgərov, 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 80), 19. Marius Pena (27. Tural Qürbətov, 78).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 16. Xavyer Junior, 34. Şəhriyar Əliyev, 24. Georgios Pelagias.
Baş məşqçi: Milinko Pantiç.

XƏZƏR LƏNKƏRAN - SİMURQ - 1:3
Qollar: Junior Nildo, 78 - Rəşad Eyyubov, 15, Stepan Polyak, 21, Anderson Oliveyra, 85.
Sarı vərəqələr: Rasim Ramaldanov, 51 (qeyri-idman hərəkəti) - Rəşad Eyyubov, 13 (simulyasiya); İdan Vaytsman, 37 (qeyri-idman hərəkəti); Dilaver Zrnanoviç, 61 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 3 dəq.
23 mart 2014. “Xəzər Lənkəran” mərkəzi stadionu. 6000 tamaşaçı.

Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov (42. Kamran Abdullazadə, 74), 7. Sadio Tounkara (12. Junior Nildo, 30), 8. Deyan Blajevski (30. Elias Ribeiro, 66), 10. Elnur Abdullayev, 11. Zohair Banuahi, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 23. Nikola Qliqorov, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Dənizli. 
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 63), 11. Draqan Çeran (22. Salif Ballo, 77), 15. Stepan Polyak (6. Taqim Novruzov, 89), 18. Tural Axundov, 20. İdan Vaytsman, 30. Raul Kostin.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 17. Rüstəm Məmmədov, 21. Murad Səttarlı, 33. Arzuman Nəsibov.
Baş məşqçi: George Çixradze.

RƏVAN - NEFTÇİ - 0:1
Qol: Ruslan Qurbanov, 10.
Sarı vərəqələr: Mitya Moreç, 20 (qeyri-idman hərəkəti); Novruz Məmmədov, 25 (qeyri-idman hərəkəti); Mişel Balokoq, 65 (qeyri-idman hərəkəti); 70 (qeyri-idman hərəkəti) - Elvin Yunuszadə, 47 (qeyri-idman hərəkəti); Cavid İmamverdiyev, 90+2 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Mişel Balokoq, 71.
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
23 mart 2014. Bakı. “Bayıl Arena”. 300 tamaşaçı.

Rəvan: 1. Lukas Sapela, 21. Novruz Məmmədov (k) (14. Xuan Manuel Varea, 69), 16. Orxan Lalayev, 15. Dmitri Kruqlov (7. Elvin Həsənəliyev, 62), 4. Mitya Moreç, 40. Mişel Balokoq, 8. Julio Sezar, 19. Hüseyn Axundov, 41. Kamil Kopunek, 25. Ayaz Mehdiyev (30. Cəmşid Məhərrəmov, 77), 10. Tyaqo de Souza.
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 20. Miloş Adamoviç, 28. Boyan Markoviç, 17. Ramazan Abbasov.
Baş məşqçi: Güvenc Kurtar.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 14. Bahodır Nasimov (21. Samir Məsimov, 67), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 23. Ruslan Qurbanov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 5. İqor Mitreski, 8. Elşən Abdullayev, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.

QARABAĞ - SUMQAYIT - 3:0
Qollar: Reynaldo Silva, 70; 72, Riçard Almeyda, 76.
Sarı vərəqələr: Vüqar Nadirov, 55 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Coşqun Həsənov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
23 mart 2014. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 800 tamaşaçı.

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 85), 9. Reynaldo Silva, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda (6. Hacı Əhmədov, 85), 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc (10. Muarem Muarem, 64), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 7. Namiq Yusifov, 11. Ulrix Kapolonqo, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov (88. Mirzağa Hüseynpur, 61), 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 2. Şəhriyar Xəlilov, 3. Vurğun Hüseynov, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 11. Ruslan Nəsirli.
Baş məşqçi: Aqil Məmmədov.

1 Qarabağ 27 17 7 3 50 14 +36 58
2 Neftçi 27 14 6 7 40 33 +7 48
3 İnter 27 13 6 8 41 31 +10 45
4 Bakı 27 13 6 8 43 29 +14 45
5 Qəbələ 27 13 5 9 37 28 +9 44
6 Simurq 27 10 9 8 30 20 +10 39
7 XL 27 8 10 9 28 38 –10 34
8 AZAL 27 6 8 13 26 40 –14 26
9 Rəvan 27 3 8 16 15 46 –31 17
10 Sumqayıt 27 2 7 18 16 47 –31 13

Bombardirlər:
15
- Reynaldo (Qarabağ)
12 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
8 - Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.