24 mart 2014 11:33

Vaqif Cavadov: Qəbələ üzərində böyükhesablı qələbə gözləmirdik

“İnter”in hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində TPL-in 27-ci tiri çərçivəsində keçirilmiş oyunda komandasının “Qəbələ” üzərində 4:1 hesablı qələbəsi haqda danışıb:
- Oyun haqda nə deyə bilərsiniz?
- Oyun çətin keçdi. Qələbəmizə şadam. Bu mövsüm iki dəfə onlara məğlub olmuşduq və nəhayət ki, qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, yaxşı oyun və nəticə göstərdik. İrəliləməyə davam edirik.
- Birinci hissənin sonlarında hesab 1:0 olarkən, “Qəbələ” özünün aşkar qol şansını qaçırdı. Bu vəziyyəti oyunda dönüş anı hesab etmək olar?.
- Mən rəqibin aşqar qol vəziyyətini nədənsə, xatırlamıram. Biz isə əksinə, belə vəziyyətləri çox yaratdıq.
- Rəqib üzərində böyükhesablı qələbəni gözləyirdiniz?
- Belə böyükhesablı qələbə qazanacağımızı düşünmürdüm. Biz ağıllı oynadıq və bu nəticəyə layiqincə nail olduq. Hesab oyunun gedişini tamamilə əks etdirir.
- “İnter” ölkə Kubokundakı məğlubiyyətin təsirində də yüngülcə çıxdı.
- Bəli. Bütün fikrilərimiz Premyer Liqaya yönəlib. Bu oyunda biz bunu sübut etdik. Əvvəllər haradasa, fikirlərimiz Kubokda da olurdu. Ancaq indi, hər şey əksinədir.
- İndi komandanızın konkret təyin edilmiş məqsədi var...
- Biz hələ çempion olmaq şansımızı itirməmişik. Şans olduqca, sonacan mübarizə aparacağıq. Belə isə, tapşırığımız üçlükdə möhkəmlənib avrokuboklara düşməkdir.
- Öz oyununuzdan razısınız?
- Mən öz oyunum barədə danışmaq istəmirəm. Mənim oyunumu qiymətləndirməyi jurnalistlər sevir və həmişə oyunumdan narazıdırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.