24 mart 2014 11:22
Yuri Syomin: Mövsümün sonunda klub rəhbərliyi ilə danışacağam
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin bildirin ki, mövsümün sonunda klub rəhbərliyi ilə danışıqlar aparmaq fikrindədir. Azerisport.az xəbər verir ki, TPL-in 27-ci turu çərçivəsində Qəbələdə “İnter”ə 1:4 hesablı məğlubiyyət rusiyalı mütəxəssisi kədərləndirib:
“Bəli, biz güclü komanda olan “İnter”ə uduzduq və dərhal mənim istefam haqda şayiələr dolaşmağa başladı. İnanın biz güclü kollektiv yaradırıq və buna bütün gücümüzü qoyuruq. Təəssüf ki, kubok oyunundan sonra bərpa olmağa macal tapmadıq. Dörd əsas müdafiəçimiz sıradan çıxmışdı. Nəticədə məğlub olduq... “Qəbələ” ilə müqaviləm mövsümün sonuna qədər nəzərdə tutulub. Klub rəhbərliyi ilə söhbətdə mən inandırdım ki, çempionat başa çatandan sonra, biz danışıqlar masası arxasına oturacağıq. Avrokuboklara düşmək tapşırığı öhdəmizdədir”.
(SE)
