24 mart 2014 20:44
Kərimi ehtiyatda qaldı, komandası qalib gəldi
Futbol üzrə Türkiyə Birinci Divizionunda 31-ci turun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qapıçımız Davud Kəriminin komandası “Fethiyespor” səfərdə “Kahramanmaraşspor”la qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
Kərimi oyunu ehtiyatda keçirib.
Hazırda “Fethiyespor” 32 xalla yarış cədvəlində 14-cü sırada qərarlaşıb.
