24 mart 2014 15:05
Rüfət Dadaşovun səyləri bəhrə vermədi
Almaniyada Cənub regional liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər millimizin hücumçusu Rüfət Dadaşovun klubu “Kayzerslautern”in ikinci komandası öz meydanında “TuS Koblenz”i qəbul edib və qolsuz heç-heçə oynayıb.
Dadaşov 83-cü dəqiqədə meydana çıxıb.
Hazırda “Kayzerslautern II” 41 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
