24 mart 2014 14:30
Millimizin yarımmüdafiəçisi: Bizdə heç nə alınmadı
19 yaşadək qızlardan ibarət Azərbaycanın futbol yığmasının yarımmüdafiəçisi Nigar Cəlilli Rusiyada keçirilən beynəlxalq turnir çərçivəsində Rumıniyaya 0:3 hesabıyla uduzmalarını şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim oyunumuz o qədər də yaxşı alınmadı. Rusiyaya qarşı oynadığımız kimi oynadıq. Amma sonadək mübarizə apardığımızı qeyd etmək olar. Sadəcə, elə alındı ki, bizdə heç nə alınmadı".
