24 mart 2014 13:13
Budak yenə oynamadı
Türkiyə Birinci Divizionunda 31-ci turun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budağın komandası “Qaziantep BB” “Mersin İdmanyurdu” ilə qarşılaşıb və qolsuz heç-heçə oynayıb.
Budak ötən oyunda olduğu kimi, oyunu ehtiyatda keçirib.
Hazırda “Qaziantep BB” 32 xalla yarış cədvəlinin 15-ci sirasında qərarlaşıb.
