23 mart 2014 00:13
TPL-də bayram həftəsi həyacanı
Bu gün Topaz Premyer Liqası çərçivəsində 27-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq.
Tura “Qəbələ” - “İnter” oyunu ilə start veriləcək. Yuri Syominin yetirmələri psixoloji üstünlüyə malikdir. “Qarabağ”ı Kubok uğrunda mübarizədən kənarlaşdıraraq, bu rəqibinə qarşı uğursuz seriyanı qıran “radarlar”, “İnter”in də öhdəsindən gəlməyə çalışacaq. Rəqib düşərgədə də mübariz ovqat hökm sürür. Kubokdan kənarda qalmış “bankirlər”i avrokuboklara vəsiqə uğrunda Qəbələdə ciddi sınaq gözləyir. Hər iki komanda üçün bu oyun dönüş nöqtəsi ola bilər. Komandaların yarış cədvəlindəki qonşuluğu gərgin mübarizə vəd edir.

“Xəzər Lənkəran” evdə “Simurq”u qəbul edəcək. Ev oyunlarında xüsusilə mübariz olan “Simurq” Lənkəranda eynilə inamlı oynayan “gəmiqayıranlar”a müqavimət göstərməyə çalışacaq. Mustafa Dənizli tədricən komandasını sazlayıb nizama salır. Kubokun yarımfinalına yüksəlmiş “Xəzər Lənkəran” üçün bu oyunda əlavə stimula ehtiyac yoxdur. Sirr deyil ki, Dənizlinin yetirmələri qələbəyə oynayacaq. “Simurq”un yarış cədvəlində rəqibi ilə cüzi xal fərqi zaqatalalılara səhv etməyə haqq vermir. Maraqlı mübarizə vəd edən oyunun nəticəsi, hər iki komanda üçün yarış cədvəlinin üst sıralarına tramplin rolunu oynaya bilər.
AZAL və “Bakı” bayram günlərini psixoloji yük altında keçiriblər. “Təyyarəçilər”in məşqçi qərargahında dəyişikliklər mənfi təsirsiz ötüşsə də, komandanın yeni istiqamətdə köklənməsi qaçılmazdır. Bu amil isə vaxt tələb edir. AZAL yeni baş məşqçisi Tərlan Əhmədovla ilk qələbəyə can atacaq. Pantiçə görə isə “Bakı” Kubokdakı acı məğlubiyyətin şokundan ayılıb. “Paytaxtlılar” bunu əməli işlə meydanda sübut etməlidir. Hər halda, tərəflərin psixoloji vəziyyəti növbəti sensasiyanı istisna etmir.
“Flaqman” “Rəvan”ın qonağı olacaq. “Rəvan” nə “Rəvan”... Komandanın düşərgəsində “Neftçi” ilə oyun ərəfəsində vəziyyət rəvandır. “Bakı”ya sillə çəkmiş Güvənc Kurtarın yetirmələrinin iştahası açılıb. Komandanın “Neftçi” ilə oyuna qorxusuz və özünəinamlı çıxacağı şəksizdir. “Neftçi”nin isə səhv etmək şansları çoxdan tükənib. “Qarabağ”a çatmaq üçün nəzəri-riyazi şansları saxlayıb liderin büdrəməsini gözləmək və çempionluğa ümid etmək üçün Böyükağa Hacıyevin yetirmələri yalnız qələbə qazanmalıdır. “Flaqman”ı asan oyun gözləmir.
Lider “Qarabağ” isə “Sumqayıt”ı qəbul edəcək. Nəzərə alsaq ki, TPL artıq sensasiyalara təəccüblənmir, “Qarabağ” bu amili gözdən qaçırmamalıdır. Kubokda mübarizəni dayandırmağın komandaya nə dərəcədə təsir etdiyini “Sumqayıt”lı gənclərlə oyunda görəcəyik. “Kimyaçılar”ın itirəcəyi heç nə yoxdur. “Qarabağ” üçün isə ani büdrəmə əsl başağrısı, bəlkə də çempionluq bahasına başa gələcək uğursuzluğun başlanğıcı ola bilər.
Topaz Premyer Liqası, 27-ci tur
Oyunların təqvimi, 23 mart
15:00. Qəbələ - İnter
Qəbələ. Şəhər stadionu.
Qəbələ. Şəhər stadionu.
16:00. Xəzər Lənkəran - Simurq
Lənkəran. Mərkəzi stadion.
Lənkəran. Mərkəzi stadion.
16:00. AZAL - Bakı
Bakı. "AZAL Arena".
Bakı. "AZAL Arena".
17:00. Rəvan - Neftçi
Bakı. "Bayıl Arena".
Bakı. "Bayıl Arena".
17:00. Qarabağ - Sumqayıt
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Yarış cədvəli:
Bombardirlər:
13 - Reynaldo (Qarabağ);
12 - Vaqif Cavadov (İnter);
11 - Daniel Subotiç (Qəbələ);
8 - Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq), Etame Mbilla (Xəzər Lənkəran);
7 - Çumbinyo (Qarabağ), Leonardo (Qəbələ), Leroy Corc (Qarabağ), Bahodir Nasimov (Neftçi).
| Yer. Komanda | O | Q | H | M | TF | X |
| 1. Qarabağ | 26 | 16 | 7 | 3 | 47-14 | 55 |
| 2. Neftçi | 26 | 13 | 6 | 7 | 39-33 | 45 |
| 3. Qəbələ | 26 | 13 | 5 | 8 | 36-24 | 44 |
| 4. İnter | 26 | 12 | 6 | 8 | 37-30 | 42 |
| 5. Bakı | 26 | 12 | 6 | 8 | 41-28 | 42 |
| 6. Simurq | 26 | 9 | 9 | 8 | 27-19 | 36 |
| 7. XL | 26 | 8 | 10 | 8 | 27-35 | 34 |
| 8. AZAL | 26 | 6 | 8 | 12 | 25-38 | 26 |
| 9. Rəvan | 26 | 3 | 8 | 15 | 15-45 | 17 |
| 10. Sumqayıt | 26 | 2 | 7 | 17 | 16-44 | 13 |