23 mart 2014 12:11
Simurq Lənkərana dörd itki ilə gəlib
TPL-in 27-ci turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “Simurq”un düşərgəsində dörd itki var. Azrerisport.az xəbər verir ki, zədə səbəbi ilə Usim Nduka, Patrik Osiako və Mindauqas Kalonas oyunda iştirak edə bilməyəcək.
Benjamin Lambo isə sarı vərəqələr həddini aşdığından oyunu tribunalardan izləməli olacaq.
