23 mart 2014 11:11

Elxan Abdullayev: Qəbələ qazanacaq, XL isə heç-heçə edəcək

Futbol mütəxəssisi Elxan Abdullayev TPL-in 27-ci turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını azerisport.az saytı ilə bölüşüb:
Qarabağ - Sumqayıt
Bu oyunda qələbə “Qarabağ”a yarış cədvəlinin mütləq lideri qismində mövqeyini möhkəmləndirməyə imkan verəcək. Belə ki, “atçılar”ın hər uğurundan başqa hansı digər nəticənin olacağı şübhəlidir. Düşünürəm ki, “Qarabağ” asanlıqla qalib gələcək.
AZAL - Bakı
AZAL yeni baş məşqçisi ilə “Bakı”ya qarşı yəqin ki müqavimət göstərməyə çalışacaq. Oyunçular özünü göstərmək istəyəcək. Üstəlik, çempionatın sonu yaxınlaşır və onların hər biri öz gərəkliyini sübut etməyə çalışacaq. Təxmin edirəm ki, heç-heçə görəcəyik.
Rəvan - Neftçi
Əgər “neftçilər” “Rəvan” kimi komandalarla oyunlarda xallar itirsələr, onlar avrokuboklar uğrunda mübarizə ilə risk edirlər. “Neftçi” çətin ki “Qarabağ”a çatsın. Ancaq bu oyunda onlar “Rəvan”ı üstələyəcəklər.
Xəzər Lənkəran - Simurq
Düşünürəm ki, indi “Xəzər Lənkəran” bütün diqqətini Kuboka yönəldəcək. Demirəm ki “gəmiqayıranlar” qarşıdakı oyunu “Simurq”a verəcəklər, yox. Ancaq Dənizlinin hansı heyəti buraxacağını qabaqcadan demək, çətindir. Heç-heçə təxmin edirəm.
Qəbələ - İnter
Maraqlı qarşılaşma olacaq. Bu oyunda hər şey baş verə bilər. Üçüncü yer uğrunda vacib oyundur. Ancaq oyunun Qəbələdə keçirildiyini nəzərə alsaq, düşünürəm ki, “radarlar” qaib gələcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.