23 mart 2014 20:28
Cihan Özkara sabiq klubuna qarşı oynadı
Bu gün futbol üzrə Türkiyə Superliqasında 26-cı turun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Erciyespor”la qarşılaşıb və oyun 1:1 hesabı ilə başa çatıb.
Özkara 90 dəqiqə meydanda mübarizə aparıb. Xatırladaq ki, Özkara ötən mövsümdə icarə əsasında “Erciyespor”da çıxış edib.
Hazırda “Sivasspor” 37 xalla yarış cədvəlində 6-cı sırada qərarlaşıb.
