23 mart 2014 19:55
Güvənc Kurtar: Bəzi şeyləri gizli saxladıq
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar PFL-in 27-ci turu çərçivəsində keçirilmiş oyunda komandasının öz meydanında “Neftçi”yə 0:1 hesablı məğlubiyyətini şərh edib. Azerispoirt.az xəbər verir ki, Kurtar bunları söyləyib:
“Üç gün öncə 120 dəqiqə futbol oynadıq. Buna baxmayaraq, komanda yorğun deyildi. Fikrimcə, bu gün daha yaxşı oynadıq. Həftədə iki oyun oynayanda bəhanə axtarmamalıyıq. Komanda məğlub olsa da, futbolçularımı mübarizə əzminə görə təbrik edirəm. Artıq neçənci dəfədir ki, futbolçumuza qırmızı vərəqə göstərilir. Rəqib futbolçuların eyni hərəkətini isə hakim cəzalandırmır. Rəqibin cərimə meydançasına yaxın yerdə oyunçumuza qarşı qayda pozuntusu olur, hakim qol olar deyə cərimə zərbəsini təyin etmir. Kubok oyununa daha təcrübəli hakimin təyinat alacağına ümid edirəm. İlk qol vurulmamışdan öncə oyunçumuza qarşı qayda pozuntusu var idi. Rəqibin 32 nömrəli futbolçusu bizim oyunçudan öncə qırmızı vərəqə almalı idi. Qarşıda kubok oyunumuz olduğu üçün bəzi şeyləri gizli saxladıq”.
(PFL)
