23 mart 2014 19:48
Gökdəmir Gənclərbirliyinə qarşı oynamadı, komandası uduzdu
Bu gün futbol üzrə Türkiyə Superliqasında 26-cı turun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Əli Gökdəmirin komandası “Elazığspor” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.
Gökdəmir oyunun iştirak ərizəsinə salınmayıb.
Hazırda “Elazığspor” 27 xalla yarış cədvəlində 17-cı sırada qərarlaşıb.
