23 mart 2014 19:44
Abışovsuz Rubin quru oyunla yadda qaldı
Rusiya çempionatda 22-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Ruslan Abışovun komandası “Rubin” səfərdə Moskva “Dinamo”su ilə qarşılaşıb və oyun qolsuz bərabərliklə başa çatıb.
Abışov oyunun iştirak ərizəsinə salınmayıb.
Hazırda “Rubin” 28 xalla yarış cədvəlində 9-cu sırada qərarlaşıb.
