23 mart 2014 19:28
Mustafa Dənizli: Çempionatda ciddi iddiamız yoxdur
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli PFL-in 27-ci turu çərçivəsində keçirilmiş oyunda komandasının öz meydanında “Simurq”a 1:3 hesablı məğlubiyyətini şərh edib. Azerispoirt.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Oyunumuz istənilən səviyyədə alınmadı. Bəsit qollar buraxdıq, məğlub olduq. Çempionatda elə də ciddi iddiamız yoxdur. Əsas diqqətimizi kubok oyunlarına yönəltmişik. Lakin Premyer Liqada da baxımlı oyun göstərməliyik. Bunun üçün çempionatda bütün rəqiblərimizə müqavimət göstərməliyik”.
(PFL)
